Sülhün olması region üçün yeni mikanlar gətirəcək

Sülhün olması region üçün yeni mikanlar gətirəcək 8 avqust 2025-ci il Cənubi Qafqazın münaqişə və toqquşmalardan xilas olub yeni dövrə qədəm qoyması baxımından silinməz tarix kimi yaddaşlara yazıldı. ABŞ Prezidednti Donald Trampın birbaşa təşəbbüsü ilə Ağ Evdə keçirilən tarixi görüş və imzalanan sənədlər təkcə Cənubu Qafqaz üçün deyil, bütün dünya üçün yeni səhifə açdı. Tarix göstərir ki, ABŞ, bəzi qısamüddətli istisnaları çıxmaq şərtilə, demək olar ki, bütün dövrlərdə dünyada müxtəlif münaqişələrin və inqilabların başlıca aktoru kimi tanınıb. Qərb dəyərlərinin “ixracı” adı altında müxtəlif demokratiya institutları vasitəsilə inqilablar hazırlamaq, regionlarda süni qarşıdurma yaratmaq bu siyasətin əsas dayaqları olub. Lakin ABŞ-ın indiki rəhbərliyi, xüsusilə Prezident Donald Tramp, həmin institutların yalançı fəaliyyətini ifşa edərək, qlobal siyasətdə yeni münasibətlər sisteminin bünövrəsini qoydu: barış və iqtisadiyyat. Bu gün Vaşinqtonun prioritet hədəfi davam edən münaqişələrin sülh yolu ilə həllinə nail olmaqdır. Bir vaxtlar “münaqişə ocağı” kimi tanınan güc mərkəzi, indi sülhün təşəbbüskarı rolunu oynayır. Dünyanın düzəni dəyişir, güc mərkəzləri yerini yeni aktorlara verir. Bu dəyişikliklərin fonunda Azərbaycan lideri İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri yeni tarixin başlanğıcı, yeni mərhələyə keçiddir.
Uzun illər boyu ATƏT-in Minsk Qrupu vasitəsilə Qarabağ məsələsini həll etmək adı altında prosesin uzadılması, faktiki olaraq anti-Azərbaycan fəaliyyət göstərilməsi hər kəsə məlumdur. Təsəvvür etmək çətindir ki, bu gün həmin qurumun həmsədrlərindən biri olan ABŞ-ın ev sahibliyi etdiyi görüşdə, Prezident İlham Əliyev, Prezident Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Minsk Qrupunun yarıtmazlığını açıq şəkildə müzakirə edərək onun tarixi iflasını təsdiqləyirlər. Bu, İlham Əliyevin böyük strateq, siyasətdə ustad olduğunu bir daha sübutudur. Bu xarizmatik liderə məxsus ən böyük xarakter və bacarıqdır. Yaranmış siyasi vəziyyəti zamanında dəqiq qiymətləndirmək və rəqibə sarsıdıcı zərbə vurmaq yalnız dahi şəxsiyyətlərə məxsusdur.
Görüşün əsas mövzularından biri Azərbaycan–Ermənistan sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistanın təxminən 5 ilə yaxın müddətdə “Sülh kəsişməsi” adlı utopik layihə ilə vaxtı uzatmaq cəhdlərinə baxmayaraq, Azərbaycan öz böyük strateji məqsədlərindən birinə nail olur.
Bu gün Vaşinqtonda müzakirə edilən “Tramp yolu” adı altında təqdim olunan layihənin mahiyyəti hər kəsə bəllidir. Söhbət Zəngəzur dəhlizindən gedir. İlham Əliyev ilk gündən milli maraqlara söykənən şərtlərə, maneəsiz keçid prinsipində israr edərək buna nail olub. Artıq bu dəhlizin idarəetmə mexanizmi ABŞ-ın nəzarətində olacaq. Bu isə o deməkdir ki, Rusiya, Avropa və İran molla rejimi bundan sonra Qafqazdakı “qırmızı xətləri” Vaşinqtonla müzakirə etməli olacaq.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi



Oxşar xəbərlər