SON DƏQİQƏ! İlham Əliyev-Paşinyan görüşü haqda İLGİNC İDDİA - Yaxın günlərdə...

SON DƏQİQƏ! İlham Əliyev-Paşinyan görüşü haqda İLGİNC İDDİA - Yaxın günlərdə... “Middle East Eye” nəşri diqqətçəkən məlumat yayıb.

Britaniyada fəaliyyət göstərən nüfuzlu portalın iddiasına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə ABŞ lideri Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçiriləcək görüşdə sülh sazişini deyil, “niyyət məktubu”nu imzalamağa hazırlaşırlar.

Mənbənin məlumatına görə, bu sənəd formal olaraq yekun sülh sazişi olmayacaq, lakin tərəflərin danışıqları irəli aparmaq istəklərini rəsmi şəkildə ifadə edəcək.
Bu, ABŞ prezidenti Donald Tramp üçün regionda diplomatik qələbə kimi təqdim olunacaq.

Qeyd olunur ki, Tramp iyul ayından etibarən Cənubi Qafqazda sülh təşəbbüslərini fəallaşdırıb və bu görüş onun liderliyi ilə atılan ilk real addım olacaq.

Nəşr yazır ki, görüş öncəsi diplomatik koordinasiya da aparılıb. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu həftənin əvvəlində Türkiyənin xarici işlər naziri Hakan Fidana zəng edərək Ağ Evdə baş tutacaq görüş barədə onu məlumatlandırıb.

Xatırladaq ki, son həftələrdə həm Vaşinqtonda, həm də Moskvada Bakı-İrəvan xətti üzrə intensiv diplomatik proseslər müşahidə olunmaqdadır. ABŞ tərəfi prosesdə əsas vasitəçi kimi iştirak etməkdə israrlı görünür və Paşinyan hökumətinin Moskva ilə məsafə saxlayaraq Qərbə meyillənməsi bu istiqamətdə imkanlar yaradıb.

Görüşün tarixi və detalları hələlik açıqlanmasa da, diplomatik kulislərdə bu təşəbbüsün Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola biləcəyi bildirilir.

Oxşar xəbərlər