
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər ölüb, yaralananların sayı isə bəlli deyil.
Yanğın hipermarketin birinci mərtəbəsində başlayıb, daha sonra isə 5-ci mərtəbəyə qədər yayılıb.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb, nəticələri 48 saat ərzində açıqlanacaq.
Bildirilib ki, yanğın baş verən hipermarket 5 gün əvvəl açılıb.
Qeyd edək ki, hadisə ilə bağlı ölkədə üçgünlük matəm elan olunub.