
APA xəbər verir ki, partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.
Hazırda yanğının bir çox hissəsində alovun məhdudlaşdırılmasına nail olunub. Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Bu səbəbdən alovun söndürülməsi zamanı şəxsi heyətin genişmiqyaslı müdaxiləsi məhdudlaşıb. Əraziyə müvafiq texnika cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Faktla bağlı araşdırma aparılır.
Hazırda müvafiq tədbirlər fasiləsiz şəkildə davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
***
Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.
“Qafqazinfo” xəbər verir ki, aidiyyəti qurumlar hazırda ərazidədir.