Lənkərandakı yanğınla bağlı ŞAD XƏBƏR

Lənkərandakı yanğınla bağlı ŞAD XƏBƏR Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.
"Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər