Azərbaycanda şiddətli yanğın başladı, helikopterlər HAVAYA QALDIRILDI — SON DƏQİQƏ

Azərbaycanda şiddətli yanğın başladı, helikopterlər HAVAYA QALDIRILDI — SON DƏQİQƏ Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər