
İstanbulun Asiya tərəfində Heydərpaşa vağzalında ardıcıl partlayışlar olub, Lifenews xəbər verir.
Detonasiya nəticəsində yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər və təcili yardım xidmətlərinin əməkdaşları işləyir.
Şahidlərin sözlərinə görə, onlar 4-5 partlayış səsi eşidiblər. İlkin məlumatlara görə, vağzalın ərazisində saxlanılmış yük maşınının yanacaq çəni partlayıb.
Yük maşını Ukrayna qeydiyyat nömrəli olub. Maşının sürücüsü hazırda xəstəxanaya çatdırılıb.


