
“Qafqazinfo” xəbər verir ki, yeni Fərmana əsasən, 2025-ci ilin 1 iyulundan:
Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 700 manata çatdırılır;
- Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) 600 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) 500 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) 400 manata çatdırılır;
- Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2200 manata çatdırılır;
- Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2000 manata çatdırılır;
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1700 manata çatdırılır;
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət 600 manata çatdırılır;
- Dəfn üçün birdəfəlik müavinət 600 manata çatdırılır;
- Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət:
- 0-6 yaş arası uşaq üçün 500 manata,
- 7-13 yaş arası uşaq üçün 600 manata,
- 14-18 yaş arası uşaq üçün 650 manata çatdırılır.
Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
- 81-100 faiz pozulmasına görə (I dərəcə) 300 manata,
- 61-80 faiz pozulmasına görə (II dərəcə) 250 manata,
- 31-60 faiz pozulmasına görə (III dərəcə) 180 manata çatdırılır;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 350 manata çatdırılır;
- Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü 250 manata çatdırılır;
- Övladlığa götürülən hər uşağa görə aylıq müavinət 240 manata çatdırılır;
- Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 140 manata çatdırılır;
- Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət — 140 manata çatdırılır;
- Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 140 manata çatdırılır;
- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) - 140 manata çatdırılır;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət - 140 manata çatdırılır;
- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü 120 manata çatdırılır;
Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
- “Xalq” fəxri adına görə 300 manata,
- “Əməkdar” fəxri adına görə 200 manat çatdırılır;
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb.
Ümumilikdə, qeyd edilən növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.








