Əli azərbaycanlı uşaqların qanına bulaşmış Zori Balayan mükafat alacaq — RUSİYADA

Əli azərbaycanlı uşaqların qanına bulaşmış Zori Balayan mükafat alacaq — RUSİYADA Qatil yazıçıya geniş məqalə həsr edilib

qanuninfo.az xəbər verir ki, Rusiyanın Anton Delviqanın adına "Söz və Vətənə sədaqətə görə" mükafatı erməni yazıçı, Xocalı faciəsinin törədilməsində birbaşa iştirak etmiş terrorçu Zori Balayana verilib.

Sözügedən mükafat Rus-Ermənistan humanitar əlaqələrin inkişafında verdiyi töhfələrə görə təqdim olunub. Layihənin reallaşdırılması zamanı Rusiya Federasiyası prezidentinin 17.01.2014 tarixli göstərişinə müvafiq olaraq ayrılan qrantdan istifadə olunub.

Bu mükafatın əvvəlki laureatlarından biri Kremlin ideoloqlarından olan Aleksandr Proxanovdur. Rusiyanın "Ədəbiyyat qəzeti" isə qatil yazıçıya geniş məqalə həsr edib.

Qeyd edək ki, 3 iyul 1994–cü ildə Bakı Metropolitenində Gənclik və 28 May metrostansiyaları arasında baş vermiş terror aktını törətməkdə təqsirli bilinən, Sadval təşkilatının üzvü Azər Aslanov bildirib ki, erməni əsirliyində olarkən, Zori Balayan onunla görüşmüş və ona Bakı metropolitenində partlayış törətmək göstərişi vermişdi.

Zori Balayana qarşı cinayət işinin açılmasına qərar verilir. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa versə də, 2001-ci ildə onu bu siyahıdan çıxarır. Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edir.

2005-ci ilin may ayında Zori Balayan "İnterpol" tərəfindən, İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi saxlanılır, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılır.

80-ci illərin əvvəllərində yazılan “Ocaq” əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir.

Kitabda Balayan “türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir”. Kitab Azərbaycanda etirazla qarşılanır, Sabir Rüstəmxanlı, Mirzə İbrahimov və digər azərbaycanlı ədiblər respublika mətbuatında Balayanın yalanını ifşa edən məqalələrlə çıxış edirlər.

Oxşar xəbərlər