
Bu barədə politoloq Zeynal Əmrəliyev deyib.
Politoloq qeyd edir ki, nəşrin məlumatına görə, "Milli müdafiə planı" Böyük Britaniyaya qarşı ehtimal edilən aqressiya halında ilk günlərdə atılacaq addımların ardıcıllığını müəyyən edəcək:
"Məqalədə qeyd olunur ki, gizli dosyedə hökumətin müharibə elanına necə reaksiya verəcəyi təsvir olunacaq. Planda həmçinin nazirlər kabinetinin və kral ailəsinin qorunması üçün sığınacaqlar, dövlət yayımı və ehtiyatların toplanması kimi mövzular da əhatə olunacaq. Hazırda Birləşmiş Krallıq bir neçə istiqamət üzrə real təhlükə gözləyir ki, onlara qarşı önləyici tədbirlərin alınması zəruridir. İngilis mediyası ən böyük təhdidin Rusiya tərəfindən olduğunu bildirirlər. Son zamanlar da rus hacerlərinin ardıcıl olaraq ölkənin müxtəlif mediya qurumlarının və dövlət orqanlarının hesablarına kiber hücumlar həyata keçirməsi, həmçinin bu ölkədən yüksələn nüvə təhdidi Böyük Britaniya üçün ciddi təhdid yaradır. Rəsmi Londonun Ukraynaya verdiyi dəstək, həmçinin NATO çərçivəsində əməkdaşlığı xüsusi gücləndirməsi riski artırmaqla bərabər birləşmiş krallığın özünümüdafiə potensialını da gücləndirir. Londonun təhdid gözlədiyi ikinci ölkə isə İrandır. İstər kiber hücumlar, istərsə də bu ölkə tərəfindən dəstəklən proksi qüvvələrin hesabına real təhlükə uzun müddətdir ki, davam edir. İranın dəstək verdiyi proksi qüvvələr birləşmiş krallığın Yaxın Şərq siyasətinə ciddi problemlər yaradır ki, bu da London - Tehran münasibətlərinə ciddi problemlərə yola açır. İngilis hökuməti üçün daha böyük və dəhşətli təhlükə isə uzaq şərqdən - Çin və Şimali Koreyadan gəlir. Hər iki ölkənin hacker qrupları son zamanlar İngiltərə banklarının hesablarını sındıraraq çox ciddi maliyyə problemlərinin yaranmasına səbəb olurlar. Eyni zamanda bir çox ingilis siyasətçi və iş adamının çinli və koreyalı hacker qrupları tərəfindən izlənildiyi və onlar barəsində casus məlumatlarının toplandığı barədə zaman - zaman ölkə mətbuatında məlumatlar paylaşımlar edilir".
Politoloqun fikrincə, Böyük Britaniya müdafiəsini əsasən informasiya - texnologiya sahəsində gücləndirəcək:
"Həm iqtisadi - siyasi - hərbi qurumlarının hesabları ciddi şəkildə gücləndiriləcək, həm də düşmən qruplara əks hücumlar təşkil etmək güclü hacker qrupları yaradılacaq. Anlaşılan odur ki, Böyük Britaniya öz rəqibləri ilə ciddi kiber müharibəyə hazırlaşır".