İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video

İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video İran Prezidenti Məsud Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini söyləyib.

“O, şeiri AzTV-yə müsahibəsi zamanı səsləndirib.

“Şəhriyarın çox şeirləri var. Amma “Heydərbabaya salam” şeiri bizim həyatımızı özündə əks etdirir. Ona görə mən tez-tez ona müraciət edirəm”, - deyə Pezeşkian bildirib.

Qeyd edək ki, İran Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana səfər edəcəyi gözlənilir.

M.Pezeşkianın şeir dediyi həmin görüntüləri təqdim edirik:


Oxşar xəbərlər