
Haqqın şairləri nə gözəl çəkib.
Vətən, millət, el dərdini yazanda,
Nə könül əl çəkib, nə göz əl çəkib.
Hər şair şeirlə şəkil çəkənməz,
Ürək acısını heç dil çəkənməz,
Elə tel var hər adam əl çəkənməz.
Tanrı o qaməti nə gözəl çəkib.
Allahın sərt sınağa çəkdiyini,
Mən görmüşəm sorağa çəkdiyini,
Şairlərin içində çəkdiyini,
Nə yaraşıqlı igid, nə gözəl, çəkib.
Həsrəti, iffəti sevənlər çəkir,
Sevməyən nə bilər, sevən nə çəkir,
Qaraxan şeirlə bir şəkil çəkir,
Rəssam nə elə üz, nə göz- əl çəkib.