
Aidiyyəti qurumlarla birgə daxili imkanlar hesabına dəymiş ziyanların aradan qaldırıldığını bildirən Əhəd Abıyev sakinləri evlərini sığortalamağa da çağırıb və bunun nə qədər vacib olması ilə bağlı geniş məlumat verib.
İcra başçısı onu da diqqətə çatdırıb ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri ilə birgə təbii fəlakətin ziyan vurduğu ərazilərə, habelə Zemfira Məmmədovanın fərdi yaşayış evinə baxış keçirərək müvafiq akt tərtib etmişlər və aidiyyəti üzrə də müraciətlər olunmuşdur.
Oğlunun ikisi qazi və biri də şəhid olan Daşkəsən şəhər sakini Zemfira Məmmədova və onun ailə üzvləri müvəqqəti olaraq zəruri avadanlıqlarla təchiz edilmiş 2 çadırda yerləşdiriliblər. Tam qəzalı vəziyyət düşdüyündən vətəndaş üçün yeni fərdi yaşayış evinin tikilməsinə ehtiyac vardır.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini




