Siqaret yenə bahalaşdı

Siqaret yenə bahalaşdı Azərbaycanda siqaret qiymətləri yenidən bahalaşıb.

Bu haqda “Operativ Media” xəbər yayıb.

Belə ki, bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artırılıb.

Artıq marketlərdə siqaretlər yeni qiymətlə təklif olunur.

Qeyd edək ki, “Kent”, “Sobranie”, “Winston” kimi bəzi siqaret markaları bir müddət əvvəl də 20 qəpik bahalaşmışdı.

İstehsalçı şirkətdən isə “Qafqazinfo”ya bildirilib ki, siqaretlərin qiymətində artım yoxdur.

Belə ki, marketlər şəbəkələrindən birinə aid olan mağazalarda qiymətlər artırılıb.

Oxşar xəbərlər