
Bu barədə AFP məlumat yayıb.
“Beynəlxalq Cinayət Məhkəməsi hesab edir ki, cənab Putini öz ərazisində olarkən həbs edib, məhkəməyə təhvil verməməklə Monqolustan məhkəmənin əməkdaşlıq tələbini yerinə yetirməyib”, - BCM-in bəyanatında deyilir.
Qeyd edilib ki, məhkəmənin yurisdiksiyasını qəbul edən üzv ölkələr rəsmi statusundan və vətəndaşlığından asılı olmayaraq, BCM-nin həbs orderi çıxardığı şəxsləri həbs etməli və təxliyə etməlidir:
“Monqolustanın BCM ilə əməkdaşlıqdan imtinasının ciddiliyini nəzərə alaraq, Palata məsələnin İştirakçı Dövlətlərin Assambleyasına göndərilməsini zəruri hesab edib".
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinin həbsinə order verib. Putin ötən ay Monqolustana səfər edib. Monqolustan Roma Statutunu ratifikasiya etsə də, Putinin həbsi tələbindən imtina edib.(Axar.az )