COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.APA bildirir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir".