Ən şərəfli peşə sahibi-müəllim!

Ən şərəfli peşə sahibi-müəllim! Müəllim fəaliyyətinin ən əlamətdar məqamlarını bütünlüklə əks etdirmək, sözsüz ki, bir müsahibənin mövzusu ola bilməz və nə qədər müfəssəl təsvir etsən də, yenə tam və əhatəli olmayacaqdır.

Müəllimlər günü, əziz müəllimlərimizə minnətdarlığımızı bildirmək üçün gözəl bir fürsətdir. Onların verdiyi töhfələr və göstərdiyi səylər cəmiyyətin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan müəllimi öz vəzifəsini layiqincə icra edir.

Bu gün sizə 242 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Nərgiz Kərimovadan söhbət açacam.

Bu şəxsin fəaliyyətində ən ali məqam vətəninə və dövlətinə sədaqət, xalqa hörmət və ehtiram, şagirdlərinə qayğı göstərməkdir.

Kərimova Nərgiz əsl müəllim adına layiq müqəddəs peşəsini sevən şəxsdir. O, Fərqli tədris strategiyalarından istifadə edərək, şagirdləri daha da stimullaşdırır. Şagirdləri tərbiyələndirmək sinifdə çətin bir işdir və emosional cəhətdən yükləyici bir proses olsa da Nərgiz müəllimə bu vəzifələrin öhdəsindən layiqincə gəlir.

Kərimova Nərgiz bu kimi davranışları hesabına rəhbərliyin, ziyalıların, müəllimlərin, şagird kollektivinin və bütün kateqoriyadan olan valideynlərin rəğbətini qazanmışdır.

Təkcə dərs öyrətməklə kifayətlənməyən, şagirdlərini müstəqil həyata hazırlayan, azad fikirli şəxsiyyətlərin yetişməsi üçün çalışan Nərgiz Kərimovaya müstəqil xəbər portalı kollektivi adından bu çətin, məsuliyyətli və şərəfli peşəsində uğurlar arzu edirik!

Oxşar xəbərlər