
Bu fikirləri millət vəkili Adil Əliyev söyləyib. O bildirib ki, insanların vətənpərvər kadr kimi inkişafında və həyatda uğur qazanmasında müəllimlərin rolu əvəz olunmazdır:
“Hamımız övladlarımızı savadlı və gərəkli vətəndaş olması üçün müəllimlərimizə təhvil veririk. Övladlarımız uğur qazanan kimi müəllimlərimizlə fəxr edirik. Onların əməyini yüksək qiymətləndiririk. Heç kimə sirr deyil ki, Azərbaycan təhsil sisteminin əsas yükü şərəfli, ləyaqətli, intellektual müəllimlərin üzərindədir. Müəllimsiz cəmiyyət hansı vəziyyətə gəlib çıxa bilər?Bu sualın cavabını ölkəsini düşünən və sevən insanlar yaxşı bilirlər”.
A.Əliyevin fikrincə, seçki prosesinə xələl gətirən və öz peşəsinə yaraşmayan işlərə imza atanları müəllim adlandırmaq olmaz:
“Cəmiyyət bu cür insanlara öz qiymətini verdi və bundan sonra da verəcək. Təhsil Nazirliyi onların əməllərinə qiymət verəcəyini bildirib. Ümumiyyətlə, bəzilərini hədəf götürüb Azərbaycan müəllimlərinə qarşı çirkin, iyrənc kampaniya aparmaq təhsil sistemini və cəmiyyətin gələcəyini zərbə altında qoyur”. /BakuPost/