Yaşa görə pensiya alanların sayı - Açıqlandı

Yaşa görə pensiya alanların sayı - Açıqlandı 2024-cü ilin avqust ayında yaşa görə pensiya alanların sayı 710 775 nəfər olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edilib ki, onların 43,88%-ni kişilər, 56,12%-ni isə qadınlar təşkil edib.

Xatırladaq ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Oxşar xəbərlər