
Bəxtiyar Məmmədov Naxçıvan Baş nazirinin müavini təyin edildi.
“Aldığım məlumata görə, ikinci ən yüksək səs toplayanı Ali Məclisin sədri qoymaq istəyirlər. Söhbət Məmmədov Bəxtiyar İbrahim oğlundan gedir. O, 41 saylı Ordubad şəhər seçki dairəsindən seçilib və guya seçicilərin 74,38%-nin səsini toplayıb. Bu böyük nəticə ilə Abdullayev Qəzənfər İsmayıl oğlu (74,09%) və Bayramov Mübariz Novruz oğlu kimi rəqiblərini (74,07%) 0.3%-lə geridə qoyub”. Dia-az.info xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
Heydər Oğuz deyib ki, Bəxtiyar Məmmədov vaxtilə Naxçıvan baş nazirinin müavini və SOCAR neft emalı zavodunun direktoru işləyib.
