Vasif Talıbov nazir müavinini işdən çıxardı

Vasif Talıbov nazir müavinini işdən çıxardı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsindən azad edilib

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Sona Məmmədova Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan öncə V. Talıbovun digər sərəncamı ilə Sona Məmmədova Naxçıvan Tibb Kollecinin direktoru təyin edildiyi açıqlanıb.

Oxşar xəbərlər