
Gəncə şəhər Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elmira Mirzəyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elmira Mirzəyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyənin inkişafına daim göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə tibb müəssisələrinin yenidən qurulma, təkmilləşdirmə və müasirləşdirmə prosesi davam etməkdədir. Azərbaycan Səhiyyəsinin inkişafı və yenilənməsi dövlət siyasətimizin ən vacib preoritetlərindən biridir. Azərbaycanda müasir tibb ocaqlarının yaradılması üzrə işlərin miqyası ildən-ilə daha da genişlənir.
Gəncədə dünya standartlarına cavab verən Psixiatriya xəstəxanası fəaliyyət göstərir. 200 çarpayılıq 5 mərtəbədən ibarət olan Psixiatriya xəstəxanasının birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek fəaliyyət göstərir.
Psixiatriya xəstəxanasında 4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otağları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları var. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir"








Gəncə şəhər Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyeva - “Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.
Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır”.
Dini bayramların, o cümlədən Qurban mərasimlərinin cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilib. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
“Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram”

Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyinin, şəxsən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Mixail Qorbaçovun yarıtmaz siyasətinə etiraz əlaməti olaraq SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istefa verdi. Bundan istifadə edən Qorbaçovun ətrafındakı ermənilər keşmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə bağlı məsələ qaldırmağa başladılar. Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdə olduğu zaman erməni millətçiləri bu cür çirkin əməllərə əl atmağa cürət etməzdilər. Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazansa da bu müstəqilliyimizi istər daxildə, istərsə də xaricdə istəməyən güclü qüvvələr var idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızı işğal etməsi, eləcə də daxildəki siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələri dövlətimizi tamamilə zəiflətmiş, məhv olmaq təhlükəsi yaratmışdır. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə Azərbaycanda siyasi-iqtisadi böhran daha da dərinləşdi. Hakimiyyətin başında duran insanların səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması nəticəsində Azərbaycanda qanunsuz silahlı dəstələr yarandı. Məhz bu səriştəsizliyin və ölkədə baş alıb gedən hərc-mərcliyin nəticəsində regionlarda separatçılıq, parçalanma meyilləri baş qaldırdı. Ölkəmizdə vəziyyət qarşısıalınmaz bir həddə gəlib çıxmışdır. Hakimiyyətdə yüksək post tutan bir çox məmurlar özlərinə silahlı dəstələr yaratmışdılar. Respublikamızda vətəndaş müharibəsi təhlükəsi yaranmış və qardaş qırğını törədilmişdir. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü baş verən bu hadisələrin qarşısında acizlik göstərirdi, yalnız hakimiyyətdə qalmaq haqqında düşünürdülər. Xalq acınacaqlı vəziyyətə düşmüşdü. Xarici siyasətdə də böyük uğursuzluqlar hökm sürürdü. Qonşu ölkələrlə münasibətlər korlanmış, Azərbaycan dünyadan təcrid olunmuş vəziyyətdə idi. Dünya dövlətləri ilə iqtisadi-siyasi əlaqələr tamamilə dağıdılmışdır. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycanda baş alıb gedən anarxiya, xaos, özbaşınalıq nəticəsində iqtisadiyyat tamamilə çökmüş, torpaqlarımız ermənilər tərəfindən işğal edilirdi. Azərbaycan dövlətinin əsl müstəqilliyi, suverenliyi, bir dövlət kimi inkişaf etməsi Qurtuluş Günündən başladı. Azərbaycan xalqının erməni təcavüzünə son qoyacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq, ölkəni vətəndaş müharibəsindən xilas edəcək, öz xalqını, dövlətini sevən bir Liderə ehtiyacı var idi. Xalq inanırdı ki, ölkəni bu ağır günlərdən xilas edəcək və dövlətin suverenliyini bərpa edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız güclü bir dövlət qurmaq üçün dahi şəxsiyyət olan Heydər Əliyevin ətrafında sıx birləşməyin vacib olması barədə müdrik bir qərar verdi. 1993-ci il iyunun 9-da Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışına səs verərək Bakıya qayıtdı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını yaşanacaq daha böyük bəlalardan xilas etdi. Ümummilli lider Heydər Əliyevin qayıdışı ölkəmizin, xalqımızın taleyində dönüş günü oldu, böyük inkişafa, gözəl gələcəyə doğru addım atıldı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 15 iyun tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu - Milli Qurtuluş Günü. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Heydər Əliyevin adı Azərbaycan tarixinə Vətəninin, xalqının xilaskarı kimi yazıldı. Məhz ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini yaratdı, eləcə də dövlətimizdə sabitliyin, əmin-amanlığın bərqərar olmasına nail oldu. Ulu öndər Heydər Əliyevin arzusu Azərbaycan dövlətini bütöv görmək idi. Ümummilli lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində işğalda qalan torpaqlarımıza mütləq dönəcəyimizi qətiyyətlə vurğulayırdı.

