Azərbaycanda anasının və nənəsinin ölümünə görə yeniyetmə saxlanıldı

Azərbaycanda anasının və nənəsinin ölümünə görə yeniyetmə saxlanıldı Goranboy şəhərində ötən gecə iki qadın bıçaqlanaraq qətlə yetirilib.

“Report” xəbər verir ki, 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızının meyiti tibbi ekspertizaya aparılıb.

Qeyd olunub ki, bu gün gecə saat 02 radələrində Goranboy rayon sakini şəxslərin yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Oxşar xəbərlər