Ulu öndərin xilaskarlıq missiyası Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu

Ulu öndərin xilaskarlıq missiyası Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsi ilə xalqımızın başının üstünü qara buludlar aldı. Əgər ulu öndər Heydər Əliyev hakimiyyətdən getməsə idi, heç vaxt erməni millətçiləri çirkin əməllərə yol verməzdilər.
1993-cü illərin əvvəllərindən etibarən ölkə ərazisində baş verən özbaşnalıqlar, silahlı hücumlar ölkədəki stabitliyi pozurdu. Əgər qarşısı alınmazsa vətəndaş müharibəsinə səbəb ola bilərdi. AXC – Müsavat cütlüyünün səriştəsiz idarəetmə sistemi nəinki ölkədaxili vəziyyəti pisləşdirmiş, hətta qonşu dövlətlərlə də əlaqələri korlamışdı. Müstəqilliyimizin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirsəydilər Azərbaycan xalqının başına bu qədər faciələr gəlməzdi. Torpaqlarımızın iyirmi faizi işğal olunmazdı. Artıq ölkədəki xaos pik nöqtəyə çatmışdı. Azərbaycan xalqı xilas yolunu yalnız ulu öndər Heydər Əliyevin simasında görürdü. Sonda AXC-Müsavat cütlüyü Heydər Əliyevdən imdad istədi. Ulu Öndərin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Hamı düşünürdü ki , Azərbaycan xalqını düşdüyü bu çətin vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev qurtara bilər.
Ulu öndərin xilaskarlıq missiyası Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu. Nizami ordu yaradıldı, idarəetmə sistemi formalaşdırıldı, neft müqaviləsi imzalandı, ilk parlament seçkiləri keçirildi , Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, siyasi islahatlara start verildi , çoxpartiyalı sistem yaradıldı.
Vətən müharibəsində qazanılmış Zəfər də Ulu Öndərin siyası kursunun məntiqli davamıdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş torpaqlarda çox uğurlu işlər görür. Biz inanırıq ki, bundan da gözəl işlər görüləcək, Azərbaycan hər zaman zirvələrdə olacaq.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Mehri Əliyeva

Oxşar xəbərlər