Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar

Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bir neçə önəmli sənəd imzalamışıq. Onların arasında təbii ki, strateji əməkdaşlığın möhkəmləndirilməsi Bəyannaməsini xüsusilə qeyd etmək istərdim.
Bu barədə mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız deyib.
"Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib və Bolqarıstan prezidentinin növbəti səfəri bunun növbəti təzahürüdür”, – Prezident İlham Əliyev bildirib
Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında birgə bəyannamə” imzaladılar.
İmzalanma mərasimindən sonra keçirilən birgə mətbuat konfransında İ.Əliyev bildirib ki, enerji sahəsində əməkdaşlıq sayəsində Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi son illər bir neçə dəfə artıb. O, qeyd edib ki, Azərbaycan təbii qazı Bolqarıstan vasitəsilə digər qonşu ölkələrə də ixrac olunur və gələcəkdə bu ölkələrin sayı artacaq.
Bolqarıstan prezidenti R.Radev də öz növbəsində bildirib ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm və həlledici tərəfdaşa çevrilib və ölkəsinin qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bolqarıstanın energetika naziri Vladimir Manilov iştirak ediblər.
Forumun açılışında çıxış edən M.Cabbarov Azərbaycan ilə Bolqarıstanın əməkdaşlıq əlaqələrindən danışıb. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin əsasında yalnız neft-qaz sahəsindəki əməkdaşlıq əlaqələri dayanmır: “Bolqarıstan Azərbaycandan təbii qaz idxal edir. Lakin bununla yanaşı qeyri-neft sektorunda da əməkdaşlıq etmək üçün böyük potensial var. Bolqarıstanın iş adamları Azərbaycana sərmayə yatırıb biznes qura bilərlər.
Bolqarıstanın energetika naziri Vladimir Manilov da çıxışında belə deyib: “Bolqarıstan ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələr artıq strateji xarakter daşıyır. Hər iki dövlətin başçısı siyasi iradə ortaya qoyaraq bütün sahələr üzrə yaxın əməkdaşlıq əlaqələrinin qurulması niyyətində olduğunu bildiriblər."

Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
direktoru Kəmalə Məmmədova

Oxşar xəbərlər