Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir

Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir

Afrika qitəsinin ikinci ən böyük sahəsinə sahib olan Konqo Demokratik Respublikası sahib olduğu 2,344,458 km²-lik sahə ilə bir zamanlar müstəmləkəsi mövqeyində olduğu Belçikadan 77 qat dəfə daha böyükdür. Ekvator xətti üzərində, qitənin mərkəz hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyat baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin malik olduğu 10.730 km-lik quru sərhədindən 2.511 km-i Angola, 233 km-i Burundi, 1.577 km-i , 2.410 km-i Konqo Respublikası, 217 km-si Ruanda, 628 km-i Cənubi Sudan, 459 km-i Tanzaniya, 765 km-i Uqanda, 1.930 km-i Zambiya ilədir. Ölkənin həmçinin Atlantik okeanında 40 km-lik sahil xətti də var.
Konqo torpaqlarının 60%-ni Konqo çayı hövzəsinin tropik meşələri əhatə edir. Ölkənin ən yüksək zirvəsi 5.109 m hündürlüyü ilə Ruenzori Sıra Dağlarındakı Stanli dağının uc nöqtəsi olan və Marqarita zirvəsi olaraq adlandırılan zirvədir. Ölkənin ən böyük və ən uzun çayı olan Konqo çayı 4374 km-lik uzunluğa malikdir və Atlantik Okeanına tökülmədən əvvəl Angola və Konqo Respublikası ilə sərhəd xəttini meydana gətirir. Konqo çayı, Afrika qitəsində Nil çayından sonra ən uzun ikinci çayı olub, hər il 39.160 m³ / s daşıdığı su baxımından Afrikanın ən , dünyanın isə ikinci ən bolsulu çayıdır. Konqo çayı ölkənin cənub hissəsində Mitumba Dağlarından qidalanaraq şimal istiqamətində 1.000 km axmaqda olub, burada da daxili delta meydana gətirərək qərb-cənub-qərb istiqamətində dönüş edir. Bu dönüş nəticəsində çay Konqo Demokratik Respublikası ilə Konqo Respublikası arasındakı sərhədi da meydana gətirərək irəliləməkdə və son olaraq Atlantik Okeanına tökülməkdədir. Konqo çayı ilə birləşərək yoluna davam edən bir çox çay var. Bu çaylar içərisində illik 9.873 m³/s su daşıma tutumuna sahib olan Angolanın Kassa çayı ən böyüyüdür. Ölkənin şimal hissəsində axan və böyük hissəsi Orta Afrika Respublikası və Konqo Respublikası ilə sərhədi meydana gətirən digər çay isə Ubanqi çayıdır. Ölkənin sahib olduğu 40 km-lik sahil xətti çox əhəmiyyətlidir və bu sahil xətti ilə Atlantik Okeanında zəngin neft yataqlarına sahibdir. Ölkənin şərqində Turkana gölü, Edvard gölü, Kivu gölü və Tanqanika gölü kimi əhəmiyyətli göllər yerləşir.
4 aprel 2024 cü il tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub. Prezidentlər görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.Qeyd edək ki, səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Bundan başqa da sənədlər imzalanıb. Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı deyib ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Dövlət başçısı qeyd edib ki, bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək.“Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq”, - deyə İlham Əliyev söyləyib.İlham Əliyev daha sonra bildirib ki, görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunub, fikir birliyi ifadə edilib.“Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib”, - deyə İlham Əliyev bildirib.
Prezident onu da qeyd edib ki, həmkarı ilə görüşlər zamanı iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində:“Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”.
Qeyd edək ki, Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər