Gülay Zeynallı Kamil üçün kömək istədi - FOTO

Gülay Zeynallı Kamil üçün kömək istədi - FOTO Xəbər verdiyimiz kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılması barədə məlumat yayıb.

Müğənni Gülay Zeynallı keçmiş həyat yoldaşı K.Zeynallı üçün kömək istəyib:

İnşallah bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm", - deyə o yazıb.
Qeyd edək ki, K.Zeynallı paylaşdığı videogörüntüdə Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.
Tanınmış məşqçi bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.
K. Zeynallı həmçinin polislərin ona Ermənistana təhvil verilə biləcəyini də söylədiyini də əlavə edib.

Onu da əlavə edək ki, G.Zeynallı paylaşımı 6 saat əvvəl edib. Artıq Xarici İşlər Nazirliyi açıqlama verərək K.Zeynallı ilə bağlı məsələnin nəzarətdə olduğunu açıqlayıb.

Gülay Zeynallı Kamil üçün kömək istədi - FOTOGülay Zeynallı Kamil üçün kömək istədi - FOTO

Oxşar xəbərlər