Yeni dövrün yeni çağırışları

Yeni dövrün yeni çağırışları Zaman keçdikcə, xalqın həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.

Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.

Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Masallıda da təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblər çoxdur. Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Masallı rayon Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Masallı rayon Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Qoşqar Hətəmov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Masallı rayon Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qoşqar Hətəmovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qoşqar Hətəmov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Masallı rayon Təhsil Sektorunun müdiri Qoşqar Hətəmova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Qoşqar Hətəmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Qoşqar Hətəmov özünü doğruldub. Bizdə hörmətli Qoşqar Hətəmovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Masallı rayon Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov - Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlər dövlətimizin gələcək hədəflərini bəlirləyən konseptual məzmunlu tarixi çıxış idi. Hələ ötən ilin sonunda Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni təqvim ili münasibətilə xalqa müraciətində, eləcə də, bu ilin yanvar ayının 10-da yerli televiziya kanallarının müxbirlərinə verdiyi müsahibəsində cənab İlham Əliyev ölkəmizin yeni dövrə qədəm qoyduğunu qeyd edirdi. İnaqurasiya mərasimində cənab İlham Əliyevin səsləndirdiyi fikirlər dövlətimiz, xalqımız və bütün dünya azərbaycanlıları üçün yol xəritəsidir. Məhz ötən 20 il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında həyat keçirilən islahatlar, icra olunan infrastruktur layihələri, güclü iqtisadiyyatın, ordunun qurulması, daxili sabitliyin və iqtidar-xalq birliyinin təmin olunması yeni dövrə yeni prinsiplərlə daxil olmaq üçün mühüm əsaslar yaradıb. Heç şübhəsiz ki, 30 ildən artıq müddət ərzində düşmən işğalında olan torpaqlarımızın məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunması yeni dövrün başlanmasını şərtləndirən ən mühüm amildir. Torpaqlarımızın işğal altında olduğu müddətdə “beynəlxalq güc”lər bizi çaşdırmaq üçün, başqa sözlə gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtılıb və açıq-aydın bəlli olub ki, dost kimdir, düşmən kimdir. Bu vəziyyət həm də imkan verir ki, qarşıdakı dövr ərzində daha azad, daha müstəqil və daha ötkəm siyasət yürütməklə dövlətimizin və xalqımızın yeni inkişaf mərhələsinə adlamasına nail olaq. Hazırda Azərbaycanın ixrac coğrafiyasının, eləcə də ərazilərimizdən keçən və keçəcək nəqliyyat qovşaqlarının genişləndirilməsi, şaxələndirilməsi, rəqabətədavamlı istehsal potensialının yüksəldilməsi, əhalimizin sosial rifah halının daha da yaxşılaşdırlması istqamətində müntəzəm addımların atılması, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki innovativ addımlar yeni yanaşamalar üçün baza formalaşdırıb. Düşməndən azad edilmiş ərazilərimizdə yeni quruculuq işləri, məcburi köçkünlərin öz ata yurdlarına qayıdışının yüksək səviyyədə təşkilini də bura əlavə etsək deyə bilərik ki, artıq yeni inkişaf dövrünün təməli qoyulub.

Daxili siyasətin davamı olaraq beynəlxalq aləmdə hər gün artan nüfuz və bu nüfuzun təkcə dünyadakı dəyərləri əxz etməmizlə deyil, həm də milli dəyərlərimizə söykənərək əldə etdiklərimiz xalqımızın öz tarixi ideallarını gerçəkləşdirmək baxımından da olduqca böyük əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyev məhz bu yanaşmanı əsas götürərək deyirdi: “Azərbaycan dünyaya milli və bəşəri dəyərlərlə açılmalıdır”. Artıq o dövr gəlib çatmışdır. Bu gün cənab İlham Əliyevin Qoşulmama Hərəkatının nüfuzlu beynəlxalq təşkilata çevirlməsi yolunda atdığı addımlar yeni dünya düzəninə olan zəruri ehtiyacı şərtləndirən mühüm faktorlardandır. Bundan başqa uzun əsrlərdir dünya ağalığına can atan, humanizm pərdəsi arxasında gizlənən və əslində neokolonialist yanaşmaları ilə yeni əraziləri və “beyinləri” işğal etməyə can atan antibəşəri dövlətlərin, xüsusilə münaqişə ocaqları mövcud olan regionlara selektiv yanaşama nümayiş etdirən “güclər”in məhz dövlət rəhbərimiz, Dünya Azərbaycanlılarının lideri, türk dünyasının böyük oğlu İlham Əliyevin sayəsində maskalarının yırtılması ölkəmizin artan nüfuzunun sayəsində mümkün olmuşdur. Lakin cənab Prezidentin andiçmə mərasimində ifadə etdiyi kimi arxayın olmaq olmaz, çünki o qüvvələr dayanmayacaqlar, öz çirkin niyyətlərini həyata həyat keçirməkdən ötrü hələ çox “çalışacaqlar”. Odur ki, fevral ayının 14-də cənab Prezidentin Azərbaycan parlamentinin kürsüsündən ifadə etdiyi kimi; - “Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Onların beyinlərini zəhərləmək istəyəndə heç kim uğura nail olmasın”.

Bu gün hər birimiz dövlətimizə, xalqımıza, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə münasibətdə məhz cənab İlham Əliyevin həyata keçirdiyi islahatları, siyasi-ideoloji xətti əsas götürməli, bütün dünyaya dövlət-xalq-iqtidar birliyinin nələrə qadir olduğunu nümayiş etdirməli, cənab Prezidentin andiçmə mərasimi zamanı səsləndirdiyi fikirlərin tariximizə qızıl hərflərlə yazılması ilə yanaşı, həm də bu fikirlərin yeni prinsiplər və çağırışlar olaraq həyata keçirilməsindən ötrü bütün qüvvəmizi səfərbər etməliyik.

Oxşar xəbərlər