Prezident Dənizkənarı Bulvar İdarəsinə sədr təyin etdi

Prezident Dənizkənarı Bulvar İdarəsinə sədr təyin etdi Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

“Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Oxşar xəbərlər