
Bunu keçmiş separatçı rejimin təmsilçilərindən olan Artak Beqlaryan erməni mediasına müsahibəsində deyib.
“Dəqiq rəqəm söyləmək çətindir, müxtəlif rəqəmlər eşitmişəm: 17 min, 25 min, 20 min, 15 min. Bununla belə, nə qədər Qarabağ ermənisinin miqrasiya etdiyi barədə dəqiq rəqəm yoxdur. Amma eşitdiyim ən kiçik rəqəm belə narahatedicidir”, - o qeyd edib.
Beqlaryan əlavə edib ki, bu prosesin davam etməsini görürəm: “Təbii ki, qışda bu hərəkət ləng gedəcək, amma yazda bu proses sürətlənəcək. Tərk edənlər daha çox olacaq. Sosial-humanitar proqramlar, uzunmüddətli planlardakı siyasi qeyri-müəyyənliklər belə davam etsə, mühacirlərin sayı əhəmiyyətli dərəcədə artacaq”.
Ermənilərin yenidən Qarabağ dönüşünə gəldikdə Beqlaryan deyib ki, olacaq, amma bu, kütləvi hal almayacaq: “Bəzi insanlar Azərbaycanın şərtlərini qəbul edib Qarabağa qayıdacaqlar. Lakin düşünmürəm ki, bu xeyli sayda olacaq”.