Azərbaycan son illər beynəlxalq enerji sahəsində mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Bu baxımdan Bakıda keçirilən beynəlxalq enerji tədbirləri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Azərbaycan bu layihə çərçivəsində etibarlı tərəfdaş olduğunu sübut edib və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Azərbaycan qazı artıq bir çox Avropa ölkələrinə çatdırılır və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Azərbaycan etibarlı tərəfdaş kimi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Azərbaycan qazı bu gün bir çox Avropa ölkələrinə çatdırılır və bu, ölkələr arasında qarşılıqlı etimadı daha da gücləndirir. Prezident İlham Əliyev qeyd etdi ki, enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi və strateji əhəmiyyət daşıyır.
Dövlət başçısı həmçinin qaz hasilatının artırılması və yeni enerji layihələrinin həyata keçirilməsi barədə danışdı. O vurğuladı ki, Azərbaycan gələcəkdə də Avropanın enerji tələbatının ödənilməsində mühüm rol oynayacaq.
Çıxışda beynəlxalq əməkdaşlığın əhəmiyyəti də xüsusi vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, yaşıl enerji sahəsində xarici investorlarla əməkdaşlıq genişləndirilir. Bir neçə beynəlxalq şirkətlə imzalanmış müqavilələr bunun bariz nümunəsidir. Bu əməkdaşlıq sayəsində Azərbaycanda böyük gücə malik günəş və külək elektrik stansiyaları inşa olunacaq.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə