
“Qafqazinfo” Sputnik Ermənistan”a istinadən xəbər verir ki, keçmiş məmur bir gün əvvəl Moskvadan bir reyslə İrəvana gəlib. Əməliyyatçılar onu paytaxtın hava limanında gözləyib.
Beqlaryan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə 2020-ci ilin mart ayından bəri axtarışa verilib. O, böyük miqyasda əmlak mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Bundan əvvəl məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçdiyi üçün sabiq məmur dərhal nəzarətə alınıb.
Qeyd edək ki, Q. Beqlaryan 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən bir müddət sonra ölkəni tərk etmişdi.