İranlı erməni deputat: Rusiyanın bu izahatı daha çox bəhanəyə bənzəyir

İranlı erməni deputat: Rusiyanın bu izahatı daha çox bəhanəyə bənzəyir Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Meğri-Agarak yolu məsələsində narkotiklərə istinad etməsi daha çox bəhanəyə bənzəyir.

Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan “News.am”a müsahibəsində deyib.

O hesab edir ki, Rus sülhməramlılarının Meğri- Ağarak yolunda nəzarəti gücləndirməsini Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılna addımdır. “Mənə elə gəlir ki, bütün bunlar məhz 10 noyabr 2020-ci il razılşamasının həyata keçirilməsində yeni mərhələdir”, - Beqlaryan qeyd edib.

Beqlaryan əlavə edib ki, Rusiyanın bəyanatlarının arxasında başqa tendensiyalar və ya planlar görürəm.

İran parametinin erməniəsilli deputatı baş verənlərin İranın Kafanda konsulluq açması planları ilə bağlı olduğunu da istisna etməyib. “Demək olmaz ki, bu, təzyiqdir… Amma məsələnin narkotik və ya qaçaqmalçılıq olduğunu desək... Mən buna bir az geniş baxıram”, - deyə Beqlaryan vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Ermənistan ərazisində, Meqri və Aqarak şəhərləri arasındakı yolda Rusiya sülhməramlıları sənədləri və yükləri yoxlayır.

Rusiya FTX-nin Ermənistandakı Sərhəd Departamenti Meğri-Agarak yolu hissəsində nəzarətin gücləndirilməsini ağır narkotik vasitələrin və psixotrop maddələrin (metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz idxalına cəhdlərin artması ilə izah edib.

Oxşar xəbərlər