Dekabrın 2 – 3 –də Macarıstanın Budapeşt şəhərində MIKULAS KUPA 2023 14-cü Beynəlxalq bədii gimnastika turniri keçirilmişdir

Dekabrın 2 – 3 –də Macarıstanın Budapeşt şəhərində MIKULAS KUPA 2023 14-cü Beynəlxalq bədii gimnastika turniri keçirilmişdir
2023-cü ilin qış mövsümündə təşkil olunan beynəlxalq turnirdə 12 ölkənin – ev sahibliyi edən Macarıstan, Azərbaycan, Ukrayna, BƏƏ, Slovakiya, Sloveniya, Polşa, Avstriya, Böyük Britaniya, Xorvatiya, Bolqarısta və Kipr gimnastika klublarını təmsil edən idmançılar iştirak edirdilər. Yarışda 300-dən çox gimnast mübarizə aparırdı.
Turnirdə Azərbaycanı təmsil edən Azərbaycan Həmkaralar İttifaqları Konfederaisyası “Spartak” Könüllü Bədən Tərbiyəsi – İdman Cəmiyyətinin gimnastları Yusifova Melissa - 1 qızıl (çoxnövçülük üzrə), Turan Zeynalzadə - 1 qızıl (çoxnövçülük üzrə), Məryəm Hüsenyzadə - 2 gümüş (çoxnövçülük və topla hərəkətlər üzrə), Fidan Tağıyeva - 2 gümüş (çoxnövçülük və topla hərəkətlər üzrə) medallar qazandılar. Ümumilikdə gimnastlarımız 2 qızıl, 4 gümüş medallarla turnirin qalibi olmuşlar. İdmançıların bütün bu nailiyyətləri əməkdar məşqçilər Nurlana Əlizadənin və Natalya Nərimanovanın səyləri nəticəsindən irəli gəlir. Gimnastlarımıza gələcəkdə uğurlar arzulayırıq.

Oxşar xəbərlər