Azərbaycan Silahlı Qüvvələrinin hərbi təcrübəsi, yeni nəsil müharibə texnikası bütün dünya ölkələrinin marağına səbəb olmuş və öyrənilməyə başlamışdır

Azərbaycan Silahlı Qüvvələrinin hərbi təcrübəsi, yeni nəsil müharibə texnikası bütün dünya ölkələrinin marağına səbəb olmuş  və öyrənilməyə başlamışdır
Daim müharibəni başladan tərəf olan, əsassız ərazi iddiaları irəli sürən Ermənistan Respublikası üçün 44 günlük Vətən müharibəsi tam uğursuzluqla nəticələndi. Xalqımızın həmrəyliyi və mübarizə əzmi sayəsində düşmənin hərbi texnikasına və canlı qüvvəsinə zərbə vuruldu. Artıq müharibəni davam etdirməyə gücü qalmayan Ermənistan bəyanatın Azərbaycanın xeyirinə olan bütün şərtlərini qəbul etməyə məcbur oldu. Buna görə də, 10 noyabr 2020- ci il tarixli bəyannaməni “Azərbaycan xalqının uğuru” da adlandırmaq daha məqsədəuyğundur.
Məlum olduğu kimi, Azərbaycan xalqı müxtəlif etnik qrupların mövcud olduğu bir xalqdır. Buna baxmayaraq, Vətən müharibəsində biz həmrəy, vahid bir xalqın mübarizəsinin və qələbəsinin şahidi olduq.
Bəyanatın şərtlərində göstərildiyi tarixlərdə Dağlıq Qarabağ bölgəsindəki işğal olunmuş torpaqlar öz sahibinə Azərbaycan xalqına geri qaytarıldı və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Bütün dünya Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmadığını gördü və hər kəs Ali Baş Komandan İlham Əliyevin uğurlu siyəsəti nəticəsində aparılmış hərbi əməliyyatlarla, masa arxasında düşmənə verdiyi layiqli cavablarla tanış oldu. Azərbaycan Silahlı Qüvvələrinin hərbi təcrübəsi, yeni nəsil müharibə texnikası bütün dünya ölkələrinin marağına səbəb olmuş və öyrənilməyə başlamışdır.
Müharibənin Azərbaycan Respublikasının xeyrinə başa çatmasında əvəzsiz rolu olmuş qardaş Türkiyə öz açıq dəstəyini göstərmiş və digər dövlətlərin müdaxiləsinə imkan verməmişdir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan xalqının uğuru sayılan bu bəyannamənin əsas uğurlu şərtlərindən biri Laçın dəhlizi vasitəsi ilə vətəndaşların hər iki istiqamət üzrə təhlükəsiz hərəkətinin təmin edilməsi haqqındadır ki, bu da həm Naxçıvana, həm Türkiyəyə rahat gediş-gəlişin təmin olunması və gələcəkdə dəmir yolunun açılması deməkdir.
Ermənilər Qarabağda yaşamağa başladıqları vaxtdan bəri həmin əraziləri öz torpaqları hesab etmiş və dəfələrlə saxta dəlillərlə bunu dünya ölkələrinə sübut etməyə çalışmışdır. Bununla yanaşı Dağlıq Qarabağ statusunu tələb edən Ermənistanın 10 noyabr bəyannaməsindən sonra arzusu ürəyində qalmışdır. Laçın dəhlizinin açılması şərti və işğaldan azad olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması ərazisini genişləndirərək “Böyük Ermənistan” dövləti yaratmaq arzuları ilə yaşayan ermənilərin planlarını puç etdi.

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Ülkər Abdullayeva

Oxşar xəbərlər