Bu ölkələr İsrailə açıq dəstəklərini bəyan etdilər

Bu ölkələr İsrailə açıq dəstəklərini bəyan etdilər ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və İngiltərə liderləri Təl-Əvivi mülki insanların həyatını qorumağa çağırarkən İsrailin özünümüdafiə haqqını dəstəklədiklərini vurğuladılar.

ABŞ prezidenti Co Bayden, Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak birgə telefon danışığından sonra birgə bəyanatla çıxış edərək İsraili və onun terrordan müdafiə hüququnu dəstəklədiklərini bir daha təsdiqləyiblər və beynəlxalq humanitar hüquqa, o cümlədən mülki şəxslərin müdafiəsinə hörmət etməyə çağırıblar.

Onlar “iki girovun azad edilməsini alqışladılar və qalan bütün girovların dərhal azad edilməsinə” çağırıblar. Regiondakı vətəndaşlarına, xüsusən də Qəzza zolağından çıxmaq istəyənlərə dəstək olmaq üçün öz hərəkətlərini yaxından əlaqələndirəcəklərini də bəyan ediblər.

“Liderlər münaqişənin yayılmasının qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq və siyasi həll və davamlı sülhə doğru çalışmaq üçün regiondakı əsas tərəfdaşlar da daxil olmaqla sıx diplomatik koordinasiyanı davam etdirməyi öhdələrinə götürürlər”, - bəyanatda deyilir.

Oxşar xəbərlər