
"Səfərin məqsədi diplomatik korpusun nümayəndələrini Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər barədə məlumatlandırmaq, həmçinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərində aparılan bərpa-quruculuq işləri ilə tanış etməkdir.
Diplomatlar əvvəlcə Füzulidə beynəlxalq hava limanının tikintisi ilə tanış olacaq, “Füzuli” yarımstansiyasına baş çəkəcəklər. Şuşada isə diplomatik korpusun nümayəndələri şəhərdəki tarixi və memarlıq abidələri ilə tanış olacaqlar.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.