Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev məhkəmənin çağırışı ilə Əvəz Zeynallının məhkəməsində iştirak etdi

Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev məhkəmənin çağırışı ilə Əvəz Zeynallının məhkəməsində iştirak etdi
Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev məhkəmənin çağırışı ilə Əvəz Zeynallının məhkəməsində iştirak etdi


Əziz həmkarlarım!Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Niyə Sabunçu rayonunda gedən quruculuq, abadlıq işlrindən yazmırsınız, şantaj xarakterli yazılara üstünlük verirsiniz?. Həqiqəti yazmaq bu qədər çətindir sizin üçün? Bunu bilin ki, ALLAH tərəfindən ucalanları bəndə heç vaxt endirə bilməz. Adil Vəliyev dövlətinə və millətinə sədaqətlə xidmət edən, mükəmməl bir icra başçısıdır. Sevilən, seçilən bir icra başçısından yazmaq özü günahdır.

Azərbaycanda bəzi tanınmış xəbər saytlarında məqsədli şəkildə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev haqqında ağıla sığmaz yazılar paylaşırlar. Çox təəssüf olsun ki, özlərini gülünc gününə qoyan jurnalistikanın daha da genişlənməsindən xəbər verir. İndi ölkədə bir şəxs başqasının uğurlarına kölgə salmaq, onu cəmiyyətdə nüfuzdan düşürmək istəyirsə, rahat bir yol seçir, şantaj yolu. Həmin mətbuat orqanları şanraj etməkdən əl çəkin. Biri yazır Adil Vəliyev işdən çıxır, biri yazır məcburi məhkəməyə aparıldı Adil Vəliyev.

Məhkəmənin çağırışı ilə Adil Vəliyev məhkəmə iclasında iştirak etmiş və ona verilən bütün sualları çox savadlı hüquqşunast kimi cavablandırmışdır. Bu da ona əsəs verir ki, Adil müəllim çox təcrürbəli dövlət qulluqçusu və humanist insandır. Adil Vəliyev haqqında yayımlanan yazılar əsassızdır.

Adil Vəliyev Əvəz Zeynallının məhkəməsində iştirak edib. Özlərini jurnalist deyən həmin şəxslərə bir neçə gündür ki, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev haqqında hər cür yazılar paylaşırsız. Burdan həmin saytlara səslənirəm ki, əsassız yazılar yazanda yaxşı yaxşı fikirləşin ki, Adil Vəliyev şəhid ailələrinin, qazilərin və aztəminatlı insanların yanındadır Adil müəllim. Adil Vəliyev dövlətə və dövlətçiliyə şərəflə xidmət edən bir icra başçısıdır.

Oxşar xəbərlər