“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarılır

“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarılır UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” (İsveç) oyununun biletləri bu gün, saat 12:00-dan etibarən satışa çıxacaq.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Malmö" görüşü oktyabrın 3-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. (Report)

Oxşar xəbərlər