Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizdə milli dövlətçiliyin bərpası istiqamətində ciddi addımlarla müşahidə edilirdi

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizdə milli dövlətçiliyin bərpası istiqamətində ciddi addımlarla müşahidə edilirdi
1918-ci il may ayının 28-də öz müstəqilliyini elan edən ölkəmiz, belə çətin siyasi dövrdə iki ilə yaxın müddətdə dövlət müstəqilliyini qoruyub saxlamağa nail olmuşdur. Ancaq 1920-ci ildə Azərbaycan yenidən düşmənin əsarəti altına düşmüşdür. 1991-ci ilə qədər davam edən bu əsarət dövründə işğalçı Rusiya dövlətçilik dəyərlərimizi məhv etmək üçün əlindən gələni etmiş, ancaq bütün bu planlara baxmayaraq, buna heç vaxt nail olmamışdır.
90-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda bir sıra demokratik tədbirlər həyata keçirilmişdir. Bunun ardınca 30 avqust 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edilmişdir. Bu sənəddə açıq şəkildə qeyd okunur ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət manafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizdə milli dövlətçiliyin bərpası istiqamətində ciddi addımlarla müşahidə edilirdi.
30 avqust Bəyannaməsinin ardınca oktyabr ayının 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan olundu. Bununla da dövlət müstəqilliyimiz yenidən bərpa olundu. XX əsrdə çətin siyasi dövr keçən Azərbaycan əsr boyu öz müstəqilliyini iki dəfə elan edərək düşmənə sübut etdiki onun həyata keçirdiyi mənfur planların heçbiri özünü doğrultmayıb.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər