Mirziyoyevlə xanımı Şəhidlər xiyabanı və Fəxri xiyabanda oldu

Mirziyoyevlə xanımı Şəhidlər xiyabanı və Fəxri xiyabanda oldu Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

Daha sonra Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoyub.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Mirziyoyevlə xanımı Şəhidlər xiyabanı və Fəxri xiyabanda olduMirziyoyevlə xanımı Şəhidlər xiyabanı və Fəxri xiyabanda oldu

Oxşar xəbərlər