Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun rəhbəri Azad müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun rəhbəri Azad müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Azad müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Azad müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun rəhbəri Azad müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Rusiyalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət etmişlər

Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


Rusiya Federasiyasının Moskva şəhərindən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət etmişlər. Qonaqlar ilk öncə Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında sərgilənən arxeoloji eksponatlara baxış keçirmişlər. Ziyarətçilərə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar və Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən arxeoloji tapıntılar, arxeoloji hesabatlar barəsində ətraflı məlumat verilərək onları maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılmışdır.
Daha sonra turistlər arxeoloji ərazilərə səfər edərək burada aparılmış arxeoloji qazıntı sahələri, qazıntılar zamanı aşkar olunmuş su və təsərrüfat quyuları, şəhərin ərazisini əhatə edən müdafiə sədləri, ictimai bina qalıqları, qiymətli maddi-mədəniyyət abidələri və s. ilə əyani tanış olduqdan sonra qoruq ərazisində yerləşən Qoruq ərazisini ziyarət edən turistlərə bir sıra məlumat kitabçaları və bukletlər hədiyyə olunmuş, onlarla xatirə şəkilləri çəkilmişdir.

Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


Qəbələ öz tarixi-mədəni zənginlikləri ilə Azərbaycanın Antik və Orta əsrlər dövrü mədəniyyətində məxsusi yer tutur. Bu bölgənin bir sıra abidələrinin yer aldığı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.

Qədim Qəbələ şəhərinin qalıqları Qəbələ rayon mərkəzindən təxminən 18 km cənub-qərbdə indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşir. Qəbələ eramızdan əvvəl 4-3-cü əsrlərdə yaranmış Qafqaz Albaniyasının paytaxtı olub. Qəbələ haqqında ilk yazılı məlumat eramızın I əsrinə aid Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində Kabalaka (Cabalaca) kimi qeyd edilib. Eramızın II əsrində yaşamış yunan alimi Klavdi Ptolomey isə Qəbələni Xabala kimi verib.

Antik və Orta əsrlər dövrünə aid Qəbələ şəhəri qalıqları geniş ərazini əhatə etməklə, bunlardan 3 mühüm tarixi-arxeoloji hissə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisinə daxildir.

Bunlardan biri sahəsi 50 hektar olan Antik şəhər yeri (el arasında Çaqqallı, Güllü tala kimi tanınır) Qaraçay və Qoçalan çayları arasında yerləşir. E.ə. IV əsrdən eramızın I əsrinədək olan dövrdə Qəbələnin əsas mərkəzi hesab edilir. Son illər aparılmış tədqiqatlar nəticəsində Antik şəhər yerinin Erkən Dəmir dövrü yaşayış yeri üzərində salındığı məlum olub.

Ərazisi 13 hektar olan Səlbir ərazisi Qaraçay və Covurlu çayın arasında hündür yaylada qərar tutub. Eramızın I əsrindən XII əsrədək olan dövrü əhatə edir. Son illər aparılan arxeoloji tədqiqatlar nəticəsində bəlli olub ki, Səlbirin cənub və cənub-qərb hissələrində eramızın XV əsrinə qədər yaşayış varmış.

Qala ərazisinin sahəsi 12 hektardır. Eramızın I əsrindən XVIII əsrədək olan dövrü əhatə edir. Səlbir və Qala əraziləri bir yayladan ibarət olmaqla, eramızın XI əsrində xəndək vasitəsilə iki hissəyə ayrılıb.

Ümumilikdə qoruq 420 hektar ərazini əhatə edir ki, bura yuxarıda qeyd olunan sahələrdən əlavə Şəhidlər, Kamaltəpə, Xurşidtəpə və digər arxeoloji ərazilər də daxildir. 2005-ci ildən qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar arxeoloji qazıntılar aparırlar. Tədqiqatlar nəticəsində müxtəlif mədəni təbəqələrə aid tikili qalıqları və istehsalat ocaqları müəyyən edilib. Bundan əlavə, Antik şəhər yerində oval planlı yeni bina qalıqları aşkar edilərək bu tip tikililərin sayı 5-ə çatdırılıb.

2018-2019-cu illərdə Antik və İlk Orta əsrlər Qəbələ arxeoloji ekspedisiyası tərəfindən Səlbir ərazisində, həmçinin qoruq ərazi xaricində Antik dövrə aid qəbir abidələri və yaşayış yerləri tədqiq olunub.

Qoruq ərazisində aparılmış arxeoloji qazıntıların üzəri konservasiya olunub. Məlumat lövhələri və göstərici nişanlar quraşdırılıb. Qoruğun yaxınlığında müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib.

Arxeoloji mərkəz iki sərgi salonu (muzey), bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və s. ibarətdir.

Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Oxşar xəbərlər

" alt="Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov" /> Xeyriyyəçi, iş adamı Hacı Sərdar Rüstəmov
  • Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar Xeyriyyəçi, iş adamı Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar
  • j j
  • d d
  • i i
  • d d
  • l l
  • Ağdam ərazisinin arxeoloji əhəmiyyəti Ağdam ərazisinin arxeoloji əhəmiyyəti
  • Alimdən Azıx mağarasına aid arxeoloji tapıntılarla bağlı VACİB AÇIQLAMA Alimdən Azıx mağarasına aid arxeoloji tapıntılarla bağlı VACİB AÇIQLAMA
  • Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlandı Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlandı
  • Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz  ... Cəlil Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz ...
  • Ermənilər Azərbaycan ərazisində antik şəhər aşkarladı - FOTO Ermənilər Azərbaycan ərazisində antik şəhər aşkarladı - FOTO