Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Hacı Murad Qoçuoğlu Fərzəliyevin 60 yaşı oldu. Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Hacı Murad Qoçuoğlu Fərzəliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Hacı Murad Qoçuoğlu Fərzəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Hacı Murad Qoçuoğlu Fərzəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hacı Murad Qoçuoğlu Fərzəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Elmi iş üzərində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüdür. Dəfələrlə yay və qış Olimpiya oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında, Gənclərin Yay Olimpiya, İslam Həmrəyliyi və II Avropa oyunlarında, eyni zamanda Olimpizm və idmanla bağlı beynəlxalq tədbirlərdə nümayəndə heyətinin tərkibində ölkəmizi jurnalist kimi təmsil edib. Murad Fərzəliyev bədii yaradıcılıqla məşğul olur, "Bir az gecikəndə" adlı şeirlər kitabının müəllifidir. Bir şeri orta məktəb dərsliyinə salınıb. Şeirləri Türkiyədə nəşr olunan "Avrasiya şairlərinin antologiyası" kitabında dərc edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Rəhbərlik etdiyi "Olimpiya dünyası" qəzeti dəfələrlə ilin idman nəşri elan olunmuş, İspaniyada "Nüfuza və keyfiyyətə görə" beynəlxalq mükafata layiq görülmüşdür və
"Tərəqqi" medalı ilə təltif olunub.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Hacı Murad Qoçuoğlu Fərzəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik.