İrəvan-Gümrü yolunda qəza - 11 ölü

İrəvan-Gümrü yolunda qəza - 11 ölü Ermənistanda çoxsaylı insan ölümü ilə nəticələnən qəza baş verib

Avqustun 14-də saat 00:27-də Şirak Regional Xilasetmə İdarəsinin Böhran İdarəetmə Mərkəzinə İrəvan-Gümrü avtomobil yolunda, Lancik kəndi yaxınlığında qəza baş verməsi barədə xəbərdarlıq daxil olub.

İrəvan-Gümrü yolunun 90-cı km-də “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük avtomobili toqquşub.

Qəzada xəsarət alan 6 nəfər Gümrü Tibb Mərkəzinə, 1 nəfər isə İrəvandakı “Erebuni” tibb mərkəzinə yerləşdirilib.

Qəza nəticəsində 11 vətəndaş dünyasını dəyişib.

Oxşar xəbərlər