Türkiyə Rusiyanın "Pantsir"inə RƏQİB YARATDI: alçaqdan uçan hədəfləri VURACAQ

Türkiyə Rusiyanın Türkiyənin "Aselsan" şirkəti İstanbulda keçirilən IDEF 23 müdafiə sərgisində Rusiyanın "Pantsir" kompleksinə rəqib ola biləcək "GÜRZ" zenit-raket və silah sistemini (ZRPK) nümayiş etdirəcək.

"Bu barədə "Defence News" məlumat yayıb .

Qeyd olunur ki, yeni kompleks yürüşdə stasionar obyektlərin və hərbi kolonnaların mühafizəsi üçün nəzərdə tutulub. ZRPK pilotsuz təyyarələr, raketlər və artilleriya sursatları da daxil olmaqla alçaqdan uçan hədəfləri vura bilir.

Bəzi analitiklər "GÜRZ"i Rusiyanın orta mənzilli özüyeriyən zenit sistemi olan "Pantsir"in təkmilləşdirilmiş versiyası ilə müqayisə edirlər.

İyulun əvvəlində "Rostec" bildirmişdi ki, modifikasiya edilmiş "Pantsir" hava hücumundan müdafiə sistemlərinin HIMARS çoxsaylı buraxılış raket sistemlərinə qarşı performansı 100 faizə çatır.

Oxşar xəbərlər