
APA-nın xəbərinə görə, bunu Bosniya və Herseqovinaya səfərdən öncə Atatürk Hava limanında jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan “S-400” Zenit raket-müdafiə sisteminin Türkiyəyə nə vaxt çatacağına dair konkret tarix verməyib: “Yükləmə, daşıma sahəsində tədbirlər görülür. Rusiya ilə razılaşdığımız tarixlər var. Burada yerləşdirilək yerlə bağlı Milli Müdafiə Nazirliyi məşğuldur. Bunlar başa çatandan sonra gələn “S-400”lər Türkiyədə yerləşdiriləcək”.
Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” Zenit raket-müdafiə sistemini almasına dair razılaşması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub. Bu razılaşmanın baş tutmayacağına dair iddialar səslənib. Lakin Türkiyə tərəfi bu razılaşmanın heç bir halda pozulmayacağını bəyan edir.