
Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, tərəflər bu məsələdə maraqlıdır və müzakirələr davam etdiriləcək.
Hələlik Türkiyə tərəfi C-400-lərin hansı komplektinə ehtiyac olduğunu müəyyənləşdirir. Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi Türkiynin bu ölkədən silah almağa hazır olduğunu bəyan edib, lakin C-400 zenit-raket kompleksinin ona kreditlə verilməsinin mümkün olduğu təqdirdə məsələnin reallaşmasını daha yaxın hesab edir.
С-400 “Triumf”- uzaqməsafəli zenit-raket sistemidir. 2000-ci illərdə hazırlanıb. Orduya 2007-ci ildə qəbul olunub. İstehsalçıların fikrincə, C-400 hava hücumunnu dəf etmək üçün hər cür sistemə malikdir. Bura təyyarələr, helikopterlər, uçan pilotsuz aparatlar, qanadlı raketlər, saniyədə 4,8 km sürətlə uçan taktiki ballistik raketlər də daxildir.