Səudiyyədən Türkiyəyə şokedici 3,3 trilyon dollarlıq investisiya planı

Səudiyyədən Türkiyəyə şokedici 3,3 trilyon dollarlıq investisiya planı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Səudiyyə Ərəbistanını əhatə edən Körfəz səfəri çərçivəsində Ciddədə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih ilə də görüşüb.

Səudiyyəli nazir özəl sektora olan investisiyaları yüksək qiymətləndirib. O, 2030-cu il üçün 3,3 trilyon dollarlıq investisiya hədəflərinin olduğunu qeyd edib.

“Həm Səudiyyə Ərəbistanında, həm də Türkiyədə özəl sektorun varlığına böyük əhəmiyyət veririk. İnvestisiyaların şaxələndirilməsini istəyirik”, - Falih qeyd edib.

Oxşar xəbərlər