
“Bloomberg” Türkiyə hökumət rəsmisinə istinadən məlumat yayıb.
"Avropa İttifaqı rəsmiləri Türkiyə hökuməti ilə üzvlük danışıqlarını sürətləndirməyə razılaşıblar", - nəşr yazır.
Bundan əlavə, Türkiyə prezidenti Ərdoğan və İsveçin baş naziri Kristerssonla görüşdən sonra Vilnüsdə çıxış edən NATO-nun baş katibi Stoltenberq Ərdoğanın İsveçin qəbulu ilə bağlı protokolu ən qısa zamanda Türkiyə parlamentinə təqdim etmək və ratifikasiyanı təmin etmək üçün onunla sıx əməkdaşlıq etmək barədə razılığını alqışlayıb.
O deyib: “İsveçin Türkiyə ilə terrorla mübarizə sahəsində əməkdaşlığı NATO-ya üzv olduqdan sonra da davam edəcək. Mən ilk dəfədir ki, NATO-da Terrorla Mübarizə üzrə Xüsusi Koordinator vəzifəsini təsis edirəm”.
İsveç Türkiyənin Aİ-yə daxil olmasını, o cümlədən Aİ-Türkiyə Gömrük İttifaqının modernləşdirilməsini və viza rejiminin liberallaşdırılmasını dəstəkləyəcək.