
“Hurriyet” xəbər verir ki, ABŞ və Böyük Britaniya İsveç və Finlandiyanın Ankaranın NATO-ya üzvlüklə bağlı narahatlığını təmin etməsində israrla pərdəarxası danışıqlar aparır və Türkiyənin xeyrinə lobbiçilik ediblər.
NATO Parlament Assambleyasının Litvada keçirilən Baş Assambleyasının iclasının əsas gündəm bəndi İsveç və Finlandiyanın NATO-ya üzvlüyü olub. Vilnüsdə 27-30 may tarixləri arasında keçirilən görüşdə Türkiyənin həssaslığı avropalı siyasətçilər tərəfindən anlayışla qarşılanıb. Toplantıda İsveç və Finlandiyaya Türkiyə ilə anlaşıb,ortaq razılığa gəlinməsi barədə çağırışlar olub.